Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.
Turkustan.az xəbər verir ki, onlardan Babək Mürsəl oğlu Ələkbərov Azərbaycanda ən gənc yaşda general-leytenant rütbəsi alan hərbçi olub.
Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan generalın hazırda 39 yaşı var.
Qeyd edək ki, B. Ələkbərov 2023-cü ildə, 36 yaşı olarkən “general-mayor” ali hərbi rütbəsi alımış və Azərbaycanın ən gənc generalı olmuşdu.
Babək Ələkbərov 24 dekabr 1987-ci il ildə Abşeron rayonunda anadan olub. /Yeniavaz.com/