Səlcuqlarda dövlət təşkilatı və mədəniyyət


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi


Səlcuqlar (Oğuz türkləri) Türküstanda və cənubi Ural dağları arasında yaşayan bir xalq olub rəisləri Buqaq adında bir şəxs idi. O zaman Buqaq və qəbiləsi ulduza və atəşə tapınardı.Səlcuq Buqaqın oğlunun adıdır. Asiya xalqları arasında baş verən müharibədə Səlcuq bəyln rahatlığı pozularaq iki min kişi ilə bərabər indiki İran tərəfinə hicrət və islamiyyəti qəbul elədi.Səlcuq bəy yüz ilə qədər yaşamış və Arslan, Mikayıl, Musa üç oğlu dünyaya gəlmişdir.Bunlar bir çox zaman İran və Buxara tərəflərini istila etmişlər,faqət əsl Səlcuq dövlətini təsis edən Mikayılın oğlu Toğrul bəydir.O, Mərv və Nişapuru tutduqdan sonra Qəznəvi dövlətinin (962-1187) Nişapurdakı taxtına oturmuşdur. Hakimiyyəti illərində Xorasan, İraqı və İrandakı Abbasiləri təhdid eləmiş, Azərbaycanı zəbt eləmişdir.Səlcuqlar Gürcüstanı zəbt və Abxazyanı ilhaq etdilər.
Oğuz Türkləri Səlcuqlular Anadoluya sadəcə bir hərbi güc olaraq yerləşmədilər.Bu torpağın “Vətən” olması yalnız hərbi güclə mümkün ola bilməzdi.Türklər Anadoluya türklüyü, müsəlmanlığı bütün təsisləri, adət-ənənəsi, təşkilatlarıyla gəlmişdilər.Bu deyilənlərin,bu adət-ənənələrin mənbəyi böyük Səlcuqlu İmperatorluğu idi. Yerləşdikləri hər yerə öz mədəniyyətlərini yayan türklər dövlət təşkilatlarını zəmanənin və coğrafi ərazinin tələblərinə uyğun inkişaf etdirmişdilər.
Səlcuqlular (Oğuz türkləri) qarşılaşdıqları yeni mədəniyyətlərdən təsirlənmişdilər, amma bu yabançı mədəniyyətlərə onların təsirləri daha artıq olmuşdur.Türk və İslam mədəniyyətində yeni bir dövr açanlar İslamiyyəti qəbul etmiş türklərdir.
Səlcuqlular dövlət quruculuğuna, dini həyat, ədalət, tərbiyə, iqtisadiyyat, elm, sənət və ədəbiyyata da əhəmiyyət vermiş,böyük əsərlər meydana gətirmişdilər.
Dünyada ilk universiteti səlcuqlular açdılar.Əxilik təşkilatını quranlar da səlcuqlulardır. Abbasi xilafəti dövründə qurulan İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan əxilik (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və İslam ölkələrində geniş yayılmışdır.
Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün böyük türk sufisi Şahəbəddin Sührəverdiyə kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Səlcuqluların bu məsələyə müsbət münasibətinə görə burada (Anadolu və Azərbaycanda) əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan Sührəverdi kimi mənşəcə Azərbaycan türklərindən olan böyük sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir.
İslam dünyasının fiqh,kəlam, təfsir və hədisçilərinin çoxu və məşhur sufilər səlcuqlar dövründə və onların himayəsində yetişmişdir. Səlcuqların paytaxtları və onların zamanında Anadolu başdan-başa elm mərkəziydi. Dünyanın hər tərəfindən elm adamları buralarda toplanır,himayə görürdülər.
Türk sufiləri xüsusilə səlcuqluların dövründə əxlaqı,sadəliyi,ruh təmizliyini qayə saymış, onu qədim türk “alp”lıq və “fütuhat”düşüncəsiylə birləşdirmişdilər.İndiki İran ərazisində Azərbaycan Oğuz Türk sufiliyi daha çox bir sənət idi və sənətkarənə bir dünyagörüşünə vasitə idi.Türkiyə Türkləri , Azərbaycan Türkləri, Türkmənistan Türkmənləri ,İraq Türkmanları və Suriya Türkmanları Səlcuqların özləri olan Oğuz Türkləri idi.Böyük Səlcuq Dövlətinin varisləri və özü idilər.Bu əzəmətli dövlətin paytaxtı olmuş türk şəhərləri bunlardır Nişapur (1037-1043), Rey (1043-1051),İsfahan (1051-1157) .1037-1157 –ci illərdə Böyük Səlcuq İmperatorluğunun paytaxtı olmuş şəhərlər bunlardır.
Türk təsəvvürçüləri,türk sufiləri Anadoluda əxlaq və ruh təmizliyi ilə bərabər,yurd tutulması,yurd qorunması üçün cəngavərliyi,qəhrəmanlığı da təlqin etmiş, Orta Asiyada “Alp -ərənlər”,Anadoluda isə “Babalar”,”Abdallar” və “Qazilər” kimi vətənə xidmət etmiş rəhbər olmuşdular.
Anadolu Səlcuqlu dövlətinin yıxılmasından sonra Ərtoğrul Qazinin kiçik köçəri Kayı boyu qısa zamanda böyük,güclü bir imperatorluq halına gəlmişsə, bunlar da o alp-ərənlərin,babaların,abdalların,Səlcuqlu dövlətindən miras qalan dəyərlərin birinci dərəcəli rol oynadığını unutmamaq lazımdır.
Anadolu Səlcuqlu dövlətinin yıxılmasından sonra Osmanlı bəyliyinin böyük Osmanlı imperatorluğu halına gəlməsində də səlcuqlulardan (Kınık boyu),Orta Asiya türklüyü dövründən qalmış təşkilat və mədəniyyət mirasları, “baba”lar, “abdal”lar ,”qazi”lər, “bilikli insanlar” elə rol oynamışdılar.Necə ki, Səlcuqlu dövləti daha əvvəlki türk dövlətlərinin davamı idi. Osmanlı Dövləti də eləcə səlcuqluların davamıdır.Dəyişən sadəcə xanədandır,addır.
Dünyada universitet deyilə biləcək ilk mədrəsə Sultan Alparslanın (1063-1072) əmri və himayəsi ilə 1066-cı ildə Bağdadda açılmışdır.O günə qədər elm öyrənmək istəyənlər fərdi məşğul olur,yaxud məşhur alimlərin yanında çalışaraq onlardan dərs alırdılar.
Sultan Alparslanın Bağdadda,Dəclə kənarında açdığı universitet o dövrün puluyla 60 min dinar (qızıla) başa gəlmişdi.Dövrünün ən tanınmış alimləri bu universitetə müdərris,yəni professor kimi çağrılmış,onlara yüksək maaş kəsilmişdi.Tələbələr burada pulsuz oxuyurdular.Professor,müəllim və digər xidmətçilərə pulsuz yemək verilirdi.Universitetin çox zəngin bir kitabxanası vardı.Məsrəflərin ödənilməsi üçün bu universitetə bazarlar, karvansara, hamam və təsərrüfatlar vəqf edilmişdi.
Binasının üstündə “Nizamül-mülk” yazıldığı üçün adına “Nizamiyyə” deyilən bu mədrəsədə yalnız dini biliklər və hüquq deyil, filologiya, riyaziyyat, astronomiya kimi elmlər də oxudulurdu. Dünyanın ilk universiteti sayılmasının səbəbi də budur.Buna bənzər təhsil ocaqları Avropada çox sonralar açılmışdır.Türk ellərində Nizamiyyə mədrəsəsi nümunə götürülərək başqa təhsil ocaqları da açılmışdır.
Nizamiyyədən yüksək səviyyəli alimlər yetişmiş,bunlar imperatorluğun hər tərəfində yüksək vəzifələr almışdılar.
Səlcuqlar islami hökumət qurduqları halda türk ürf, adət və ənənələrinə də bağlı qalmışlar.Fars dilini dövlət dili seçmişlər,amma rəsmi yazılarında sultanın tuğrası,pul və hakimiyyət əlaməti olan sultanların başı üstündəki çətirdə ox və yay əksini çəkdirirdilər.Orduda sağ və sol bölgüsü və Turan taktikası,yas törəni (matəm mərasimi), leviratus (ölən qardaşın arvadını almaq),xanədana mənsub olanların qanlarını axıtmamaq üçün yay kirişi (Kaman bağı) ilə boğdurmaq və sultan tərəfindən toy (ümumi qonaqlıq) vermək kimi adət və ənənələri bir qayda olub,türk turası(qanunu) ürfi hüququn əsasını təşkil edirdi.Toğrul bəy (1037-1063) Bağdadı alıb,xəlifə tərəfindən Şərq və Qərb sultanı kimi tanındıqdan sonra, xəlifə ilə dini və dünyəvi işlərini bölüb, Bağdad şəhərinin idarəsi üçün də bir şihnə (əsgəri vali) və bir amid (mülki vali) təyin etmişdi.
Böyük Səlcuq Dövlətində hökmdar (Sultan) Törənin və o zamankı dövlət təşkilatarının tanıdığı haqlarla dövlətin tək hakimi idi. Sultan mərkəzdə oturur, ölkə torpaqlarını xanədan mənsubları idarə edirdi.
Sultanın həmişə xidmətində olan musiqi dəstəsi (noubət-adətən şah və ya sultan sarayı qarşısında təbil və nağaraların müşayiəti ilə çalınan musiqi) çalardı. İmperatorluğun müxtəlif nahiyələrinə göndərilən məlik ünvanlı xanədan üzvlərinin gündə üç noubət çaldırmağa haqları var idi.
Siyasi təşkilatda daha çox Qəznəvi hökuməti və Abbasi xilafəti hökumət sistemləri örnək götürülmüşdü.
Saray və divan təşkilatı yaradılmışdı və o, haciblər, dəyənəkçilər, silahdarlar, bayraqdar, şahın geyim baxıcıları, şərabdarlar (sarayı və ordunu təzə şərabla təmin edən onun keyfiyyətinə cavabdeh olanlar),abdarlar, əmiraxurlar,vəkile-xasslar, sərdarlar, nədimlər və müsahiblərdən və bunların əmrində olan əsgərlərdən təşkil olunmuşdu.
Hökümət.
Divani səltənət 5 divan və 5 vəzirlikdən qurulmuşdu.
1.Sahibi-divan(xaceyə-bozorg) baş vəzir.
2.Divane-tuğra.
3.Divani-istifa.
Maliyyə işlərinə və xass, iqta, şəri və ürfi məhkəmə ,xərac işlərinə baxıb xəzinəyə də məsul idi. Şəri məhkəmə-sistemləşdirilmiş müsəlman qanunları, şəriət üzrə aparılan məhkəmə.Ürfi məhkəmə -islam dinini qəbul etmiş xalqların adət və ənənələri əsasında aparılan məhkəmə.
4.Divani-ürf əl-ceyş (Milli müdafiə ).Müdafiə vəziri.
5.Divani işraf (təftiş) Əsgəri və ədliyyə işlərindən başqa hər işi və hər yeri təftiş edərdi.
Əyalət mərkəzlərinə şihnə və ya əsgəri fərmandehlərdən başqa,amid ya mülki idarə işlərinə məsul idilər,bir də bələdiyyə işlərinə baxan möhtəsiblər vardı.
Səlcuqlular riyaziyyat, astronomiya,tibb, kimya kimi elmlərdə yüksək bir səviyyəyə çatmışdılar.Məlikşah zamanında tərtib edilən “Məlikşah təqvimi” də astronomiya sahəsində nə dərəcədə irəlidə olduqlarını göstərən sübutdur.
Məlikşah zamanında Ömər Xəyyam,Məhəmməd Beyhəqi,Əbül-Müzəffər İstifzari, Nəcib Vasiti kimi elm adamları böyük əsərlər yazmışlar.Bu gün daha çox rübailər ilə tanınan Ömər Xəyyam böyük bir riyaziyatçı və astronom idi.Onun rəhbərliyi ilə bir heyyət Məlikşahın təşviq və himayəsi ilə bir rəsədxana qurmuş və burada yeni təqvim düzəltmişdilər.Sultanın ləqəbinə görə “Cəlali təqvimi”, “Məlikşah təqvimi”,”Cəlali tarixi”, “Məliki tarixi” kimi adlar verilən bu təqvim Yer kürəsinin Günəş ətrafında firlanması fikrinə uyğun hazırlanmışdı və indi işlədilməkdə olan Miladi təqvimindən daha dəqiq hesablamalara əsaslanırdı. Halbuki o vaxtdan 540 il sonra Qaliley “dünya fırlanır” dediyi üçün kafir sayılacaqdı.
Ömər Xəyyam bu təqvim haqqında “Zici-Məlikşahi” adlı bir şərh kitabı da yazdı.Bundan başqa “Ləvazimül-Əmkinə” adlı əsəri ilə mövsümləri, iqlimləri və bunların səbəblərini şərh etdi.
Cəlali təqvimi Məlikşah həyatda olduğu müddətə qədər işlədildi, onun ölümündən sonra unuduldu.Çünki Miladi təqvimi Həzrəti İsanın doğum ilindən,İslami (hicri) təqvim Həzrəti Məhəmmədin Mədinəyə köçdüyü ildən başladığı halda,Cəlali təqvimi 1072-ci ildən başlayır, yəni başlanğıcını Məlikşahın (1072-1092) səltənət dövründən götürürdü.
Səlcuqlular dövründən zəmanəmizə çatan dəyərli tarix kitabları da yazılmışdır.İbnül Hassulun “Məlikşah risaləsi”, şair Əbu Tahiri Xatuninin “Ali Səlcuq tarixi”,şair Müizzinin “Sultan Səncərin fəthlər dastanı (“Siyər-i fütuh-i Sultan Səncər”), Həmədaninin “Ünvanus-Siyər”i bunlar arasında məşhur əsərlərdəndir.
Uyğur-Türk sənətinindavamı olaraq kitab cildlərinə çəkilən rəsmlər və miniatürlər də səlcuqlularda ayrı bir sənət növü kimi inkişaf etmişdi.Böyük Səlcuq İmperatorluğundan (1037-1157) sonra Kiçik Asiya Rum Səlcuqluları və İran isə Azərbaycan Səlcuqlularının idarəsi altında idi. Türküstanda Xarəzmşahlar hakimiyyətdə idilər.


MANŞET XƏBƏRLƏRİ