Suriya hökuməti ilə YPG arasında yanvarın 29-da imzalanan razılaşmanın icrasına məsul Prezident Nümayəndə Heyətinin sözçüsü Əhməd əl-Hilali YPG-nin ləğvi ilə bağlı rəsmi açıqlamanın “çox tezliklə” veriləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Hilali Suriya televiziyasına açıqlamasında razılaşmanın icrası çərçivəsində müxtəlif problemlərin, o cümlədən hüquqi məsələlərin həlli istiqamətində iş aparıldığını deyib.
Onun sözlərinə görə, YPG daxilindəki hərbi, təhlükəsizlik və mülki strukturların dövlət qurumlarına inteqrasiyası prosesində əhəmiyyətli irəliləyiş əldə olunub və proses artıq son mərhələyə çatıb.
Hilali bildirib ki, qarşıdakı dövrdə YPG-nin ləğvi ilə bağlı rəsmi açıqlama veriləcək.
Aytən Yaşar/ Turkustan.az