Görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib.
“KazTaq” xəbər verir ki, bu barədə “Baytaq” Yaşıllar Partiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “Nevada–Semey” anti-nüvə hərəkatının banisi olan Süleymenov təkcə Qazaxıstanda deyil, bütün dünyada sülhün əldə olunması naminə fədakarlıqla çalışdığına görə bu təşəbbüs irəli sürülüb.
“Oljas Süleymenovun tarixi rolu, xüsusən də onun Nevada–Semey hərəkatı çərçivəsindəki fəaliyyəti Semipalatinsk nüvə poliqonunun bağlanmasında həlledici amil olub. Bundan əlavə, onun təşəbbüsü və Qazaxıstanın beynəlxalq arenadakı fəal işi nəticəsində ABŞ-ın Nevada ştatı daxil olmaqla dünyanın bir neçə ölkəsində daha dörd böyük nüvə poliqonunun bağlanmasına nail olunub. Bu, qlobal təhlükəsizliyə böyük töhfədir”, – məlumatda vurğulanıb (APA).