ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfər etdiyi və Rusiya rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ mediası onun səfərini əvvəlcədən elan edilməmiş və gizli xarakterli səfər kimi təqdim edib.
CBS News-un məlumatına görə, Retkliff Moskvaya ABŞ hərbi nəqliyyat təyyarəsi ilə gedib. Onun kimlərlə görüşəcəyi və danışıqların gündəliyinin nədən ibarət olduğu açıqlanmayıb. CIA və Kreml də səfərlə bağlı rəsmi açıqlama verməyib.
Məlumata görə, Boeing C-17 Globemaster III tipli ABŞ hərbi nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Təyyarənin Moskvaya uçuşu əvvəlcə mediada diqqət çəkib və Kreml təyyarənin gəlişi barədə məlumatının olmadığını bildirib.
Aytən Yaşar/ Turkustan.az