İran dövlət televiziyasının ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsi müqabilində 10 milyon dollar mükafat təyin etdiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, İran Radio və Televiziya Korporasiyasının (IRIB) 3-cü kanalında yayımlanan videoda Barron Trampın həyatı və gündəlik fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Videoda Barronun harada olduğu, təhsili, mühafizəçiləri və şəxsi maraqları barədə məlumatların yer aldığı, həmçinin onunla əlaqə saxlaya biləcək şəxslərə istiqamət verildiyi bildirilir. Süjetdə Barron Trampı öldürən şəxsə 10 milyon dollar mükafat veriləcəyi iddia olunub.
Videoda məlumatların Tramp Qülləsinin 58-ci mərtəbəsində Barron Tramp ilə görüşdüyü iddia edilən bir qadın tərəfindən sızdırıldığı da irəli sürülüb.
Aytən Yaşar/ Turkustan.az