Ermənistanın Antikorrupsiya Məhkəməsinə sabiq prezident, "Ermənistan" blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatətlər verilib.
Turkustan.az xəbər verir ki, bu barədə respublikanın Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Antikorrupsiya Komitəsində xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə həyata keçirilən cinayət icraatı çərçivəsində, bu gün saxlanılan altı nəfər, o cümlədən sabiq prezidentin oğlu, eləcə də 1999-2009-cu illərdə hökumət bağları təsərrüfatının direktoru olmuş A.V. və onun ailə üzvləri barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə Antikorrupsiya Məhkəməsinə vəsatətlər təqdim edilib, saxlanılan sabiq prezident R.K. isə lazımi tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə gətiriləcək", - bəyanatda bildirilib.
Daha əvvəl Antikorrupsiya Komitəsi məlumat verib ki, cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıblar. /Report/