Türkiyədəki Sıfır Atıq Vəqfi tərəfindən Türkiyənin 81 şəhərində keçirilən “Türkiyə sıfır atıq, çevrə və iqlim dəyişikliyi seminarları” çərçivəsində Türkiyənin Kütahya şəhərində Aprel ayının 21-də keçirilən seminarın nəticələrinə həsr olunmuş konfrans keçirildi.
Kütahya Mədəniyyət Mərkəzində təşkil olunan konfrans öncəsi Sıfır Atıq Vəqfinin başqanı Samed Ağırbaş jurnalistlərin suallarını cavablandırdı.

“Türküstan” qəzetinin əməkdaşı olarak “ Sıfır Atıq Vəqfi ilə Türk Dünyasının əlaqələri və iş birliyi” haqqındakı sualımızı cavablandıran Vəqfin başqanı Samed Ağırbaş bildirdi ki: “Bildiyiniz kimi Sıfır Atıq Vəqfi BMT-nın qərarı ilə 2022-ci ildə yaradılıb və 105 ölkənin iştirak etdiyi bu toplantıda, Türkiyənin öncüllüyündə, Əminə xanım Ərdoğanın təklifi ilə alınan qərarla 30 Mart Sıfır Atıq günü olaraq qəbul edilib və bu qlobal bir hərəkata çevrilib. Türk Dünyası, özəlliklə Azərbaycan ilə sifir atıq çalışmalarımız var, çox gözəl iş birliyi içindəyik və bunun daha da artacağına inanıram. Türk Dövlətləri Təşkilatı ilə bərabər digər Türk dövlətlərindən Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digərlərində də bu istəqamətdə fəaliyyətlərimiz var və davam edir. Bildiyiniz kimi bu yaxınlarda keçirilən Sıfır Atıq Forumunda 183 ölkə iştirak etdi, Türk Dünyası da bu forumda nazirlər səviyyəsində təmsil olundu. Bütün bu çalışmalarımızda Əminə Ərdoğan xanım əfəndinin güclü iradəsi var, özəlliklə Türk Dünyası ilə əlaqəli bütün çalışmalarda, biz də onun bu iradəsini bütün dünyaya yaymağa çalışırıq. Bizim əsas məqsədimiz insanımızın daha sağlam və firavan, tarımı, heyvandarlığı daha da inkişaf etmiş bir şəraitdə yaşamasıdır. Bunun üçün də bizim vətəndaşa ehtiyacımız var, vətəndaşın atdığı şüşəni dövlət toplayır, amma bunu nə qədər bacarır, bunun üçün də vətəndaşın daha diqqətli və bu məsələlərdə həssas olması lazımdır ki, bu alışqanlıq davam etsin. Biz bunun üçün Təhsil Nazirliyi ilə sıx iş birliyi içindəyik, tədris planında sıfır atıq dərsi var, çünki uşaqların daha kiçik yaşdan bilincli olması, özlərində bu düşüncəni inkişaf etdirməsi çox önəmlidir. Eyni zamanda Mədəniyyət Nazirliyi, Tarım Nazirliyi, Ailə Sosial Siyasət Nazirliyi ilə bərabər iş birliklərimiz var, amma bütün bunlarla yanaşı bayaq dediyim kimi bizim ən çox vətəndaşın dəstəyinə ehtiyacımız var, çünki vətəndaşın çirkləndirdiyi təbiəti vədəndaş özü təmizləməlidir və bu mədəniyyəti ilk öncə özündə aşılayaraq daha da genişləndirməlidir.

Mən Azərbaycanda da bir neçə dəfə oldum, bu sahədə orada da gözəl işlər görülür, sıfır atıqla bağlı müxtəlif konfranslar keçirilir. Ən gözəl örnəklərindən biri də Bakıdakı Ağ Şəhərdir. Orada tullantıların çeşidlənməsi müəssisəsi yaradılıb. Ölkə prezidenti İlham Əliyev, vitse prezident Mehriban Əliyeva da bu məslələrlə ciddi bir şəkildə maraqlanır və hər cür dəstəyi göstərirlər.
Bildiyiniz kimi GOP31 Noyabr ayında Türkiyənin Antaliya şəhərində keçiriləcək. Məqsədimiz mavi Vətənin mavi qalması, sıfır atıq vizyonu ilə geri dönüşümü təmin etmək, iqtisadiyyatın güclənməsinə dəstək olmaq və gələcək nəsillərə daha təmiz, gözəl bir dünya ərmağan etməkdir”.
Tədbirdə Kütahya şəhər bələdiyyə sədri, icra başçısı və millət vəkilləri iştirak edirdi.

P.S. Kütahya səfəri çərçivəsində tarixi çini sənətini yüksək səviyyədə inkişaf etdirən, UNESCO-nun “Yaşayan insan xəzinəsi” adlandırdığı çini ustası Mehmet Gürsoy bəyi və dağ kəndində yaşayaraq kənd təsərrüfatı ilə məşğul olan insanları da ziyarət etdik.
Yaqut Misirxanlı
İstanbuldan “Türküstan” qəzeti üçün


