Tramp İrana qarşı hərbi əməliyyat mesajı verdi


ABŞ prezidenti Donald Tramp İranda vəziyyətin son dərəcə ağır olduğunu və epik miqyasda humanitar böhran yaşandığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O, İran hakimiyyətini hərbçilərin bir qisminə maaş verməməkdə və etirazçılara qarşı genişmiqyaslı zorakılıq törətməkdə ittiham edib. Tramp yaranmış vəziyyətin dərhal dayandırılmalı olduğunu vurğulayıb.

ABŞ prezidenti daha əvvəl İran ərazisinin yenidən bombalanması ehtimalını da istisna etməyib. O, Tehrana qarşı iqtisadi təzyiqlərin hərbi müdaxilə ehtimalını aradan qaldırmadığını bildirib.

Tehran isə Trampın açıqlamalarına sərt reaksiya verib. İran Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi xəbərdarlıq edib ki, ölkəsi strateji əhəmiyyət daşıyan Hörmüz boğazında neft daşımalarını dayandıra bilər./publika.az


MANŞET XƏBƏRLƏRİ