Rusiyanın neft zavodunda güclü yanğın: Ölənlər var


Rusiyanın Krasnodar diyarında yerləşən Afipski neft emalı zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

Turkustan.az xəbər verir ki, hadisə avqustun 25-nə keçən gecə qeydə alınıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, Afipski qəsəbəsinə edilən dron hücumu nəticəsində azı 10 fərdi evə ziyan dəyib. Onlardan birində, eləcə də neft emalı zavodunun ərazisində yanğın baş verib.

Kondratyevin sözlərinə görə, dron qalıqları Afipski dəmir yolu stansiyasına düşüb. Nəticədə iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Afipski neft emalı zavodu daha əvvəl də dron hücumlarının hədəfi olub. Zavod Rusiyanın cənubundakı əsas neft emalı müəssisələrindən biri hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ