Rusiya: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ehtimalı qəbuledilməzdir


Kremlin sözçüsü Dmitri Peskov NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ehtimalının Rusiya üçün qəbuledilməz olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Finlandiya Prezidenti Aleksandr Stubbin Ukraynanın Rusiya ərazisindəki infrastruktura dron hücumlarının dəstəklənməli olduğu barədə fikirlərini də şərh edib.

Kremlin sözçüsü Stubbın açıqlamasının Moskvanı təəccübləndirdiyini deyib.

“Bu açıqlama bizi təəccübləndirdi. Çünki Stubb daha əvvəl Rusiya ilə münasibətlərin gec-tez bərpa edilməli olduğunu bildirirdi. Lakin indi gərginliyi artıran açıqlamalar eşidirik”, – Peskov deyib.

O, Finlandiya Prezidentini və Böyük Britaniyanın Baş naziri Endi Börnhemi “müharibə tərəfdarları” adlandırıb.

“Stubb müharibə tərəfdarları arasında fərqlənir. O, Britaniya Baş naziri ilə birlikdə son günlərdə militarist açıqlamalar verib. Onlar müharibənin davam etməsini istəyir və real vəziyyəti nəzərə almaq istəmirlər”, – Peskov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ