Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyatı” 2030-cu ilə qədər qələbə ilə başa çatdırmalıdır.
Turkustan.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev bildirib.
“Faşist rejimi ilə işi Polşa və digər NATO ölkələri Rusiya ilə müharibəyə hazır olmamışdan əvvəl başa çatdırmalıyıq. Polyaklar, almanlar, fransızlar, ingilislər, belçikalılar, Norveç, Finlandiya, İsveç – hamısı Rusiya ilə döyüşmək və onu strateji məğlubiyyətə uğratmaq istəyir. Biz Ukraynadakı xüsusi hərbi əməliyyatı həmin vaxta, 2030-cu ilə qədər tam başa çatdırmalıyıq. Prezidentin dediyi kimi, bunu silahlı qüvvələrimizin qələbəsi ilə, mütləq qələbə ilə başa çatdırmalıyıq”, – deyə parlamentari qeyd edib.
Sobolev bildirib ki, Ukraynadakı qələbədən sonra Rusiya Silahlı Qüvvələrinin “istənilən strateji istiqamətdə və istənilən şəraitdə istənilən geosiyasi düşmənin təcavüzünü dəf etməyə hazır olması üçün yenidən qurulması” zəruri olacaq. /bakupost.az/