UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) matçı üçün heyətlər açıqlanıb.
Turkustan.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 80 Akim Zedadka, 5 Rəhman Daşdəmirov, 27 Timoteuş Puxaç, 7 Umarali Raxmonəliyev, 13 İvan Lepiniça, 21 Velko Simiç, 11 Kahim Parris, 8 Kristian Nvaçukvu, 20 Coy Lens Mikels.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.
"Hapoel" (Beer-Şeva, İsrail): 1 Marsiano, 5 Pedro Amador, 12 Rotman, 4 Migel Vitor (k), 2 Mizrahi, 7 E. Perets, 25 Ventura, 28 Yehoshua, 9 Əhməd, 66 Zlatinoviç, 20 İst.
Ehtiyat oyunçular: 34 Volf, 3 Baltaxa, 8 Kanaan, 11 Qanah, 13 Davidzada, 14 Malede, 18 Levi, 19 Ohana, 27 Y. Stoyanov, 44 Diop, 45 Abu Rumi, 70 Joao Vitor.
***
Matç Bakı vaxtı ilə saat 20:45-də start götürüb.
***
10-cu dəqiqədə rəqib komandanın oyunçusu Zlatanoviç hesabı açıb: 0 -1
***
38-ci dəqiqədə komandamız hesabı bərabərləşdirib. Bu dəfə Kristian Nvaçukvu fərqlənib: 1 - 1
***
Qonaqlar yenidən hesabda önə keçib: 1 - 2
***
74-cü dəqiqədə Raxmonaliyev hesabı bərabərləşdirib: 2 - 2
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılır.
***
Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb: 4 - 2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
***
115-ci dəqiqədə Mikels 5-ci topu rəqibin qapısından keçirib: 5 - 2
***
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb. /Axar.az/