ABŞ Prezidenti Donald Tramp İran ordusunun böyük hissəsinin maaşlarını ödəyə bilmədiyini və ölkədə etirazçıların “görünməmiş miqyasda” öldürüldüyünü iddia edib.
Turkustan.az xəbər verir ki, İrandakı vəziyyəti “böyük humanitar böhran” adlandırıb.
Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada İranın “uğursuzluğa uğrayan” rejiminin ordunun böyük hissəsinə maaş ödəmədiyini bildirib.
ABŞ Prezidenti eyni zamanda İran hakimiyyətini etirazçıları, hətta etiraz etmədikləri zaman belə, “əvvəllər görünməmiş miqyasda” öldürməkdə ittiham edib.
“Bu, nəhəng miqyasda humanitar böhrandır və dərhal dayandırılmalıdır”, – Tramp yazıb.
Tramp bundan bir gün əvvəl də ABŞ və İsrailin hücumları ilə başlayan müharibə fonunda İranın “tamamilə çökdüyünü” iddia etmişdi.
Aytən Yaşar/ Turkustan.az