Bölgədə yeni təhlükə: İsrail və Türkiyə müharibənin astanasındadır? - ŞƏRH


Son günlər İsrail-Türkiyə münasibətlərində gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Tərəflərin qarşılıqlı sərt açıqlamaları fonunda əsas qarşıdurma nöqtəsinə isə Suriya çevrilib.

İsrail Türkiyənin Suriyada hərbi mövcudluğunun genişlənməsini öz təhlükəsizliyi üçün təhdid hesab edir, Ankara isə İsrailin Suriyaya zərbələrini pisləyir. Gərginlik İsrailin Suriyanın şimalındakı Əbu Zuhur hərbi bazasına endirdiyi zərbədən sonra daha da yüksəlib.

Bəs iki regional güc arasında söz savaşı nə vaxtsa real hərbi qarşıdurmaya çevrilə bilərmi? Turkustan.az bu sualı politoloq Aydın Tağıyevə ünvanladı.

Aydın Tağıyev

Aydın Tağıyev

Hazırkı vəziyyətdə İsrail-Türkiyə gərginliyi Suriya fonunda artıb, lakin birbaşa hərbi münaqişəyə çevrilməsi ehtimalı aşağı səviyədədir. Tərəflər daha çox diplomatik təzyiq, ritorika və məhdud hərbi mesajlarla qarşı-qarşıya gəlirlər.

İsrail Türkiyəni “Suriya ilə təhlükəli macəralara atılmaqda” ittiham edir, Türkiyə isə İsrailin hücumlarını “təhlükəli və beynəlxalq hüquqa zidd” adlandırır. Burada hələ ki, heç bir münaqişə, mühribə halı yoxdur. Türkiyə rəsmiləri İsraili “insanlığın daşıya bilməyəcəyi yük” adlandıraraq sərt mövqeyini ortaya qoyub. Hələ ki, siyasi atamcalarla dolu diplomatik ritorikalardan ibarətdir.
Birbaşa mühribə halı azdır, çünki hazırkı şərtlərdə azdır, çünki hər iki tərəf diplomatik kanalları açıq saxlayır və ABŞ eskalasiyanın qarşısını almağa çalışır.

Yekinda onu deyə bilərəm ki, İsrail-Türkiyə gərginliyi birbaşa müharibə anonsu deyil, strateji xəbərdarlıq və diplomatik təzyiq alətidir. Bununla belə, Suriya üzərindəki qarşıdurma lokal hərbi insidentlərə yol aça bilər. Tammiqyaslı müharibə yalnız Türkiyənin Suriya ərazisində daimi baza qurması və İsrailin bunu milli təhlükəsizlik üçün birbaşa təhdid sayması halında gündəmə gələ bilər. Hələ ki, real müahribə halı yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ