Danimarka Baş naziri: “Bədənimdən məmnunam”


Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynaya səfərindən qayıtdıqdan sonra plastik cərrahdan burnundakı “kiçik ləkəni” düzəltməyi təklif edən mesaj aldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Frederiksen sosial media hesabında görünüşü ilə bağlı illərdir aldığı tənqidi mesajlardan narazılığını ifadə edib. O bildirib ki, xüsusilə dişləri, saçları və burnunun görünüşü ilə bağlı müxtəlif “gözəllik məsləhətləri” alır.

Baş nazir qeyd edib ki, Ukraynaya son səfəri zamanı davam edən müharibə səbəbindən hava hücumu sirenlərinin səsini eşidib. Ölkəyə qayıtdıqdan sonra isə plastik cərrahdan burnundakı “kiçik ləkəni” düzəltməyi təklif edən mesaj alıb.

Frederiksen həmin mesajın ekran görüntüsünü İnstaqram hesabında paylaşaraq həkimin kimliyini açıqlamayıb.

“Bədənimdən məmnunam və bununla bağlı kişi plastik cərrahın rəyinə ehtiyacım yoxdur”, – Frederiksen bildirib.

O, görünüşü ilə bağlı aldığı mesajlara toxunaraq insanların dişlərinin “çirkin”, saçlarının seyrək olduğunu yazdığını, həmçinin burnundakı ləkə və Botoksla bağlı məsləhətlər verdiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ