Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və digər ölkələrin nüvə sahəsindəki hərəkətlərini diqqətlə izlədiklərini ifadə edib.
Turkustan.az xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ-ın nüvə sınaqları keçirmə ehtimalına münasibət bildirən Zaxarova Vaşinqtonun bu mövzuda ziddiyyətli açıqlamalar verdiyini ifadə edərək, "Bunun arxasında duran səbəblərin aydınlaşdırılması lazımdır" dedi.
Bu məsələdə ABŞ-ın addımlarını izlədiklərini bildirən Zaxarova bunları qeyd edib:
"Əlbəttə, Rusiyanın müvafiq qurumları ABŞ və digər ölkələrin nüvə sahəsindəki hərəkətlərini diqqətlə izləyir. Bu, Amerika arsenalında strateji hücum silahlarının sınaqlarına da aiddir".
Rusiya prezidenti Vladimir Putinin daha əvvəl Təhlükəsizlik Şurası üzvlərinə nüvə sınaqları üçün lazımi hazırlıqların görülməsi ilə bağlı göstəriş verdiyini qeyd edən Zaxarova, nazirliyin verilən tapşırıqlara uyğun olaraq lazımı işlərə başladığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az