İranda “yumurta döyüşü” - Video


Yumurta döyüşdürmək, yaxud Güney azərbaycanlıların dediyi kimi, çaqqışdırmaq Novruz bayramının qədim adətlərindən biridir.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, gənc, istedadlı rəssam Fatimə Dadaşzadənin şəhər bələdiyyəsinin sifarişi əsasında üzərinə oğuz boylarının damğalarını çəkdiyi və Təbriz küçələrini bəzəyən iri yumurtalarla bağlı əl işi paniranist dairələrin böyük hay-küyünə səbəb olub.

“Bu, sözün həqiqi mənasında türk kimliyi qarşısında qorxu və vahimədən doğan bir isterika idi. Hətta bu, İRNA informasiya agentliyinin sabiq icraçı direktoru Əbdülrza Davəri elə vahimələnmişdi ki, birbaşa ölkə prezidentinə, daxili işlər və mədəniyyət nazirlərinə müraciət etmiş, “anti-İran və separatçı ünsür” adlandırdığı rəssama qarşı sərt tədbir görməyə çağırmışdı”, - deyə müəllif qeyd edir.

Daha ətraflı videosüjetdə:


MANŞET XƏBƏRLƏRİ