Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova Xalq artisti, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun üçüncü dəfə evlənməsi iddialarına zarafatyana münasibət bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib.
"Mənim sevimli "quşcuğazım". Axı sən mənimlə evlənəcəyinə söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən istədin. Ah, necə də böyük xəyanətdir, vəfasızlıq" deyə, R.Bebudova yazıb.
Qeyd edək ki, R.Behbudova atasına görə P.Bülbüloğlu ilə soyuq münasibətdə olub. Əməkdar artist hazırda Kamil Şahverdiyevlə evlidir və bir oğlu var.
Bir müddət əvvəl 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb. P.Bülbüloğlu daha sonra xəbərləri təkzib edib. /publika.az/