İrandan ciddi XƏBƏRDARLIQ: Fərqli silahlardan istifadə edəcəyik


İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ABŞ və İsrailin İranın raket və pilotsuz uçuş aparatları ilə bağlı hərbi imkanlarını düzgün qiymətləndirmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Mühibbi İranın hərbi imkanları ilə bağlı açıqlamasında ölkəsinin müharibə zamanı istifadə etdiyi silahların mənzili, dağıdıcı gücü və dəqiqliyinin “düşməni” heyrətləndirdiyini iddia edib.

O, ABŞ və İsrailin İranın raket və PUA imkanları ilə bağlı hesablamalarının yanlış olduğunu bildirərək deyib: “Mümkün hücum halında fərqli silahlardan istifadə edəcəyik”.

Mühibbi ABŞ-ın inkişaf etmiş hərbi imkanlarına baxmayaraq, Hörmüz boğazını aça bilmədiyini də iddia edib. Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri Hörmüz boğazından 400 kilometr uzaqlaşıb və Bəhreyndə yerləşdirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ