Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə münasibətlərdə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Mitsotakis BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib ki, son üç ildə Ankara ilə münasibətlərin yaxşılaşdırılması, qarşılıqlı etimadın artırılması və mümkün böhranların qarşısının alınması üçün səylər göstərilir.
O, Türkiyə ilə münasibətlərin həssas olduğunu və tarixi yük daşıdığını qeyd edərək, mövcud regional və qlobal çağırışlar fonunda iki ölkənin gələcək münasibətləri ilə bağlı ortaq anlayışa ehtiyac olduğunu deyib.
“Coğrafiyamızı dəyişə bilmərik. Yan-yana yaşamaq bizim taleyimizdir”, – Mitsotakis bildirib.
Yunanıstan baş naziri həmçinin dialoqun sülh və sabitlik üçün vacib olduğunu, münasibətlərin beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az