Venesuela prezidenti Nikolas Maduronun oğlu atasının həbsindən sonra ilk fotoları paylaşdı
Turkustan.az xəbər verir ki, ABŞ-ın hərbi müdaxiləsi nəticəsində yanvarın 3-də saxlanılan Venesuela prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra atasının həbsindən sonra ona aid ilk fotoları paylaşıb.
“Nicolasito” ləqəbi ilə tanınan Maduro Guerra fotoları ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında yayımlayıb.
O, paylaşımına “Sevgi və ümidlə dolu kiçik bir hədiyyə” sözlərini yazaraq atasının adından mesaj da çatdırıb.
Maduro Guerra atasının sözlərini belə təqdim edib:
“Bu fotoşəkilləri bütün nəvələrimə, övladlarımıza və bizi sevən bütün xeyirxah insanlara kiçik bir hədiyyə olaraq göndərirəm. Bilməyinizi istəyirəm ki, ürəklərimiz sizin sevginizlə doludur. Bu sevgi dualarınız, sarsılmaz dəstəyiniz, həmrəyliyiniz və səmimi dəstəyiniz vasitəsilə bizə çatır.
Hər sözünüz, hər jestiniz və hər xeyir-duanız üçün sonsuz təşəkkür edirəm. Bu kiçik hədiyyədən sevinc və ümidlə zövq alın. Cilia (həyat yoldaşım Cilia Flores) və mən ruhən sizinləyik. Allaha tam inamla sizi əbədi olaraq qucaqlayırıq".
Aytən Yaşar/ Turkustan.az