Şəhriyarın 5 gün anım mərasimi keçiriləcək


Bu il Məhəmmədhüseyn Behcəti Təbrizinin (Şəhriyar) anım mərasimi beş gün müddətinə şairin anadan olduğu Xoşgənab kəndi və Təbrizdə keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu haqda Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının başçısı Nemətullah Payan məlumat verib.

"Bu il ustad Şəhriyarın xatirəsini yad etmək proqramlarını yalnız rəsmi mərasimlə məhdudlaşdırmayaraq, fərqli və müxtəlif formalarda keçirməyə çalışırıq", - o bildirib.

Payan əlavə edib ki, anım mərasimləri ilə yanaşı, bu proqramlar çərçivəsində ustad Şəhriyarın şəxsiyyətinin və ədəbi irsinin müxtəlif aspektləri təhlili üçün ədəbi görüşlər, mədəni proqramlar və bədii seminarlar da təşkil olunacaq./kult.az


MANŞET XƏBƏRLƏRİ