İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb.
Turkustan.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Adları açıqlanan media qurumları və fəalları ilə istənilən formada əlaqədə olan, onlara məlumat, mesaj, foto və video göndərən şəxslərin “casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə” əsasən ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edilib.
43 media qurumunun adının olduğu həmin siyahıya İsrailin bir neçə televizya kanalı, BBC, “Amerikanın səsi”, “Azadlıq” radiosu və b. adlar da daxil edilib.
Bir neçə Güney azərbaycanlı siyasi və media fəalı, o cümlədən mərkəzi ofisi Amerikada yerləşən Günaz TV-nin də (Güney Azərbaycan Televiziyası) adı bu siyahıdadır. /axar.az