Yasəmən Qaraqoyunlu
ABD- İngiltərə- İzrail İrana qarşi ortaq hərəkət edir. Qarşiliginda heç bir ittifaq yox. Zamanında Misir, İran, Türkiyə, Pakistan ittifaqi qurulsa idi, ABD İrana saldirmağa cürət etməzdi. İsrail orta doğuda meydan sulamazdi.
Rusiya, Çin, İran ittifaqindan daha real olani Misir- Türkiyə- Pakistan-İran ittifaqi idi. İslam ittifaqî idi. Olmadi. İslam Konfransi Təşkilatindan səs yox. Ərəb Liqasi da zatən İsrailə yenilmişdir.
İran fars molla rejimini qəbul etmirəm, sevmirəm, dəstəkləmirəm, lakin onu doğuran tarixi dinamikləri anlamağa çalışiram.
Büveyhi dövlətinin, Qərməti hakimiyyətinin, Şüubiyyə hərəkatinin qatqilari ilə dini-fəlsəfi model halina gətirilmiş Pers Şiyəçiliyi Əli Şiyəsindən fərqli olub, batini fəlsəfəni təmsil edən İsmaililik, Qərmətilik, Xürrəmilik kimi siyasi- fəlsəfi- dini ideolojini sintezləşdirib təmsil edir. Bu bir fars şiyə modelidir. Həsən Səbbah modelidir. Pers Şiyə batini hərəkatlarina qarşi Səlcuklu dövləti ciddi mübarizə aparmişdi. Səlcuklular batini şiyə hərəkatinin qarşisini almaq üçün Nizamülmülk başqanliğinda mədrəsə islamini- şəriət islamini gəlişdirmişdi, bu məqsədlə mədrəsələr açilmişdi. Əl Qəzali də Səlcuklularin tapşiriği ilə batini şiyəsinə qarşi əsərlər yazmişdi. Nizamülmulk də, Qəzali də Pers kökənlidir. Lakin Səlcuklu dövlətinə xidmət etmişlər. İsmaili - batini- qulat Şiyə hərəkatlarinı Hülakü Xan orta doğuda bitirdi. Xomeyni rəhbərliyindəki Şiyə ideologiyasi da, dövləti də Büveyhoğullari dövlətinin davami və mirasidir. Şiyə inancina Kərbala kultunu və Məhərrəmlik mərasimini əlavə edib uyğulayan da Büveyhilerdir. Pers şiyəliyinin kökündə Zərdüştilik, Məzdəkilik dayanır.
Xomeyni liderliyində Türk düşmənçiliyi və Pers millətçiliyi üzərinə inşa edilmiş İran Şiyə ideoloğiyası və İran Pers üləmasi Bati kürəsəl imperializminə və Rus kommunist imperializminə meydan oxuyan tək güc idi. Şiyə ideologiyasi Fars- İraninin, Fars millətçiliyinin Bati imperializminə qarşi refleksi idi. Bu refleksin yaradicisi Əli Şəriəti idi. Şiyə, molla üləmasının siyasət fəlsəfəsi, siyasi ideologiyasi nə kommunism, nə də kapitalizm idi, ikisindən də imtina edirdi, ikisinə qarşi da savaş açmışdı. Xomeyni inqilabin ideologiyasini belə özətləmişdi. Nə Şərq (Rusiya- kommunizm), nə Qərb (kapitalizm, ABD qlobalizmi)- İslam. İslam yolu. İran üləması- Şiyə siyasi doktrini 1907- ci ildən etibarən Qacar imperatorluğunu nüfuz dairəsinə bölən, İrani sömürən İngiltərə və Rusiyaya qarşi mübarizədə şəkillənmişdi. İrani həm Rusiya işğallarindan, kommunismindən, həm İngiltərə- ABD işğallarindan və sömürgəsindən, kapitalist düzəndən azad etmək Şiyə siyasətinin əsasini təşkil edirdi. Qacar dövründən etibarən 1979-a qədər İran üləmasi İran millətçiləri idi, içlərində fars- türk etnik ayrımı yox idi. Lakin 1979-da Xomeyni liderliyində İran Şiyə doktrini Pers milletçiliyi üzərindən siyasət yürütməyə başladi. İran millətçiliyi Pers millətçiliyi ilə əvəz edildi, İnqilabın Türk rəhbərlərindən biri olan Şəriətmədari öldürüldü. Sekulyar panfarsist Şah rejimi Bati imperializminin müttəfiqi oldu, lakin Pers Şiyə doktrini Bati imperializminə qarşi aktiv alternativ siyasət fəlsəfəsi ürətdi. İslamin sünni-sələfi - Vəhhabi Ərəb qanadi Bati imperializminin müttəfiqi və sömurgəsi olarkən, Pers Şiyə qanadi Bati imperializminə və mədəniyyətinə qarşi dirəniş fəlsəfəsi ürətdi. Türk qanadi isə Rusiyaya, kommunizmə qarşi mübarizə apardi və Bati mədəniyyəti ilə uzlaşma yolu seçdi. Sasanlinin Ərəblər tərəfindən işğal edilməsindən sonraki tarixlərdən günümuzə qədərki Pers Şiyə hərəkatini anlamaq, ruhunu dərk etmək üçün Əli Şəriətinin Özə dönüş əsərini oxumaq gərəklidir.
İran üləmasının siyasətləri nəticəsində İran anti imperialist mövqe nümayiş etdirdi. 1979- da İrani 50 ildir sömürən ABD İrandan qovuldu. ABD müttəfiqi Şah rejimi devrildi. İran tək müsəlman ölkəsidir ki, orada ABD hərbi bazalari yox idi. İran bir ada kimi Bati mərkəzli kürəsəl sistemdən təcrid etmişdi özünü. Müsəlman ölkələrinin çoxu ABD kürəsəl sisteminə yenilmişdir, ABD hərbi bazalarinin meydanina, yerləşdiyi bölgələrə çevrilmişdir. İslam dünyasi Bati imperializminin sömürü dünyasıdır.
İslam sivilizasiyasi XVII əsrdən etibarən kürəsəl Bati imperializminə qarşi alternativ paradiqmalar ürətə bilmədi və tək- tək, ölkə ölkə Bati sisteminə yenildi. İslam dünyasi aydinlarindan yenildi. Son yüz ildə Yalniz tək- tək din adamlari, üləmalar bu sistemə qarşi səs çixartdilar ki, onlari da elə öz xalqlari, öz ölkələri yox etdi.
İran üləması Qacar dövründən etibarən Bati sömurgəçiliyinə qarşi mübarizə aparırdi. Əlbəttə içlərində İngilis ajanlari, mason lojalarina xidmət edən üləmalar da az deyildi.
İran aydinlari da Bati imperializminə qarşi xalqi oyatmağa çalişmişdir. Onların içində Əli Şəriəti xüsusi yer tutur.
Bu arada Edvard Said ile İslam inqilabinin ideoloqu Eli Şəriətinin misyonu, yaradiciliği, hədəfi necə də üst- üstə düşür. Edvard Said, Əli Şəriəti, Məhəmməd İqbal, Cəmil Meruc, Əhməd Davudoğlu- Bati imperializmini taniyan, Bati imperializminə alternativ paradiqmalar, stratejilər, düşüncələr ürətən sayği duyduğum düşuncə adamlarıdir. Bütün doğu sivilizasiyaları- özəlliklə də Türk- İslam sivilizasiyasi Bati imperializminə, Bati mədəniyyətinə təslim olsalar da, bu düşünürlər ruhən təslim olmadilar, yenilmədilər...
Doğuda Batının dili ilə danışanlar Batı imperializminin sözçüləridir.
Bati imperializminə təslim olmuş, öz toplumu ilə Batinin dilindən danışan düşünürü, siyasət fəlsəfələrini, siyasi lideri, dünyagörüşü, siyasi partiyalari və aydinlari əsla qəbullanmaram. Sayği duymaram. Biz, İslam dünyasi aydinlari 300 ildir dünyaya Batinin gözü ilə baxirıq və Batinin sözçüsünə çevrilmişik.
Yenilgimiz məhz buradan başlanir. Öz mədəniyyətini aşagilamaq, xor görmək, Bati mədəniyyətinə heyran olmaq bizim ruhən, mənən yenilgimiz idi, sivilizasiya yenilgimiz idi.
İran -ABD savaşi sadəcə Şiyə- molla və ABD savasi deyildir. Bu savaşin öz hədəfi, öz fəlsəfəsi var. Orta doğuda İsrailin qarşisina dikilib ona meydan oxuyan heç bir islaimi dövlət qalmamalidir. Nildən Fərata qədər İsrail, Xəzər- Kəngər körfəzi - Ağ dəniz arasinda Kürdüstan projesinin reallaşmasi, orta doğunu islam mədəniyyət arealindan çixarib yəhudi- xristian arealina çevrilməsi savaşidir bu. İslamin 4 ölkəsi öz varliği ilə İzrail mərkəzli orta doğu projesine mane olur. Misir, Türkiyə, İran, Pakistan.
İran bu savaşda yeniləcəksə, sadəcə Farslar, Fars molla höküməti, İran dövləti, İran ölkəsi yenilməyəcəkdir, Şiyənin Bati imperializmine qarşi refleksi yeniləcəkdir, İranin yenilgisi İslamin son təslimiyyəti olacaqdir...
İslam dünyasi Bati imperializminə sadəcə ölkə, dövlət kimi təslim olmamışdir, düşüncə, fəlsəfə, ruh, mədəniyyət, metafizik anlamda təslim olmuşdur. Xalq qati kurallari, ölçüləri olan İslam həyat tərzindən qaçib kuralsiz, azad Bati dünyasina siğinmışdır, qovuşmüşdur. İslam yalnız din kimi, inanc kimi qalmişdir, lakin Mədəniyyət kimi, sivilizasiya kimi ölmüşdür, öldürülmüşdür. Öldürən Bati imperializmidir.
İsrail mərkəzli orta doğu projesi - Türkləri orta doguda görməməyi, orta doğudan sürməyi planlamışdır. Asil olan odur ki, Xristian- Yəhudi ittifaqina qarşi Türklər hansi ittifaqi qura biləcəklər, hansi paradiqmalarla çixiş edəcəklər, alternativmi yaradacaqlar, yoxsa yəhudi- xristian orta doğusuna inteqrasiyami olacaqlar.
Neçə illər öncə bir məqalə yazmışdim. Qüdsdən sonra İstanbul gəlir. Yəni ki, Qüds İngilis- Yəhudi kürəsəl sisteminin əlinə keçdisə, İslam dünyasindan qoparıldısa, İstanbul da keçəcək, Tehran da, Baki da...
O üzdən yazdim. Qazzə, Fələstin problemi bir Ərəb problemi deyildir, ilk öncə bir Türk problemidir. Çünki bu torpaqlar Osmanli torpaqlari idi və Fələstində İzrail dövlətinin qurulmasi üçün Osmanlınin dağidilmasi bir şərt idi. Eyni zamanda, günümuzdə Qazzə Fələstinlilərdən təmizlənib İzrailin əlinə keçəcəksə, İzrail Ağ dənizə çixan bir dövlət olacaqdir. İzrail Ağ dənizdə Türkiyəni və Misiri məhdudlaşdiran, Ağ dənizdə heğemon olan bir güc olacaqdır.
İslam (sünni-şiyə) mərkəzli orta doğu bitirilir, İzrail mərkəzli - yəhudi, xristian, zərdüşti, yezidi orta doğusu yaradilir. Bu savaş o savaşdir. İzrail mərkəzli orta doğu savaşidir.
İran şiə rejimi savaşda əlbəttə yeniləcəkdir, lakin İran sorunu bitməyəcəkdir. Məqsəd ancaq rejimi dəyişdirmək deyil, Suriyada, İraqda olduğu kimi İranda da 12- 15 il bəlkə də 50 il davam edəcək xaos ürətmək və bu xaosun içində milyonlarla insanin soyqirima uğradilmasi, sürgünlər, köçlər, acliq, istikrarsizliq ürətmək, İran deyilən yerdən, ölkədən əsər əlamət qoymamaqdir. Bu xaos ortaminda farslar da, türklər də, bəlluclar da, kürdlər, ərəblər də böyük qurbanlar verəcəklər. ABD- nin hədəfi hansisa milləti, etnosu, xalqi, siyasi qrupu molla rejimindən xilas etmək deyil, coğrafiyani, tarixini, mədəniyyətini silmək, yox etməkdir...
İran adlanan coğrafiyada mədəniyyəti babalarim, dədələrim, millətim yaratmış, qurmuşdur. Hər qarışinda Türk qanı axmışdır. Hər qarışinda Türk izi var. Sünni də mənəm, şiə də mənəm, İslam da mənəm, Doğu da mənəm!
İran Persiya deyildir. Persle özdeşleştirile bilmez. İrani Persiya kimi alqilayan və dünyaya bazarlayan Batı imperializmidir.
Bizim qurtuluşumuz hardadır?
1. Coğrafiyamıza, bölgəmizə ABD- İzrail perspektivindən baxmamaq.
2. Bati mərkəzli dünya qavramindan imtina etmək. Bati sisteminin kürəsəl hegemonluğunun qarşisini almaq.
3. Bati (Rus) imperializminin işləyişinə xidmət etməmək. Bati yayılmaçilığinin qarşisinı kəsmək. 1948- dən etibarən Xaçli savaşlari İudaizmlə müttəfiq olub bərabər hərəkət edirlər. Bunun adi Yəhudi- Xristian ittifaqidir. Osmanlini da bu ittifaq yıxdi. Osmanlini dağıtdılar, Ərəb cografiyasini-İngilislər, Fransizlar paylaşdilar, İngilislər Fələstində İzrail dövləti qurmaq qərari verdi. Yəni ki, İzrail dövləti İngiltərənin əsəridir.
Millətim Türk, dinim İslam, sivilizasiyam Türk- İslam sivilizasiyasidir. Bu sivilizasiyaya silah tuşlayanlar düşmənimdir!