Sentyabrın 25-də Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 7-yə çatıb, 46 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Kliçko bildirib ki, paytaxtda hücumlar nəticəsində ölənlərin sayı 7 nəfərə yüksəlib.
Onun sözlərinə görə, 46 Kiyev sakini xəsarət alıb. Yaralılardan 25-i xəstəxanaya yerləşdirilib.
Aytən Yaşar/ Turkustan.az