DİL–Düşüncəmizdən gələn azad ruhumuz


Ulus (millət) bütöv bir ruhdan ibarət dir. O bütövlügü sağlayan, ulusu birləşdirib bütöv bir ruh edən isə dil–düşünc dir. Türk ulusunun ruhunu öz varlığı'yla yaşadan Türkün ana dili — Türki dir. Türk ulusunun tarix boyu azadlıq döyüşçüsü olduğu da onun ruhundan irəli gəlir.

Niyə türkün ruhunu zəncirləyə bilən bir güc olmayıb? Türk ulusunun yaşadığı geniş coğrafiya ən böyük şahid və sənəd dir. Türkü tarix boyu heç bir coğrafi məkan sərhədlər arasında zəncirləyib saxlaya bilməyib. Niyə? Çünki azadlıq Türkün öz ruhundan doğulur. Türkün ruhunu yaradan da, Türkün varlığı da Türkün dil–düşüncü dir. Türk ulusuna düşmən olanlar bu gerçəgi Türkün özündən daha yaxşı bilir: Türkün dil–düşüncünü əlindən alsan, heç nəyi qalmaz.

Bu gün türkün ən qddar, ən acımasız düşmənləri Türklükləri əllərindən alınmış Türkdən dönmələr dir. Türkün ən böyük düşməni cəhalət dir, savadsızlıq dır. Ən böyük düşmənimizi aradan aparsaq, artıq başqa düşmənlər də qalmaz. Bütün dünya dost olar. Ən böyük düşmənimizi aradan aparmaq üçün dil–düşüncümüzün qoruyucusu olan ana dilimizdə yazıb–oxumalıyıq.

Doktor Araz Əhmədoğlu

Şəkil: Mütəllib xan, Xoy, Azərbaycan,

Bu saray Alp Arslanın Malzgird savaşı vaxtında hökumət mərkəzi olub.

Şəkil çəkən: Araz Əhmədoğlu


MANŞET XƏBƏRLƏRİ