"Rusiya bu il böyük bir şeyə hazırlaşır" - Polşa


Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın bu il genişmiqyaslı əməliyyat hazırlaya biləcəyi barədə məlumatlar aldıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Sikorski bu barədə Nyu-Yorkda keçirilən tədbirdə çıxışı zamanı danışıb. Məlumatı Polşanın dövlət televiziyası TVP World yayıb.

“Rusiyanın bu il böyük bir şey hazırladığı barədə məlumat alırıq. Mənbələrimizi açıqlamırıq, amma bu barədə çoxlu məlumat var”, - deyə Sikorski bildirib.

Nazirin sözlərinə görə, Moskva mümkün əməliyyatdan ölkədə yeni ümumi səfərbərlik elan etmək üçün bəhanə kimi istifadə edə bilər. Sikorski Rusiyanın “saxta bayraq” hücumu təşkil edərək bunu xarici təhdid kimi təqdim edə biləcəyini iddia edib.

O, belə bir ssenaridə Rusiya hakimiyyətinin əhaliyə ölkənin hücuma məruz qaldığını bildirərək səfərbərlik elan edə biləcəyini deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ