ABŞ Suriyaya 36 tarixi əsəri qaytardı


ABŞ qanunsuz yollarla ölkədən çıxarılan 36 tarixi əsəri Suriyaya qaytarıb.

Turkustan.az xəbər verir ki, Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Saleh “Əl-İxbariyyə” dövlət televiziyasına açıqlamasında əsərlərin geri qaytarılmasını müsbət qiymətləndirib.

Saleh bildirib ki, 36 tarixi əsərin Suriyaya qaytarılması iki ölkə arasında mədəni əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır.

Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı çoxsaylı tarixi və arxeoloji əsər qanunsuz yollarla ölkədən çıxarılaraq xaricdə satılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ