Britaniyada seçki iddialarına son nöqtə: Börnhem açıqladı


Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkədə erkən ümumi seçki keçirilməsi ilə bağlı iddiaları rədd edib və növbəti seçkinin 2029-cu ildə keçiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Börnhem BBC, ITV və STV-yə müsahibələrində erkən seçki və Şotlandiyanın müstəqilliyi ilə bağlı müzakirələrə münasibət bildirib.

Baş nazir erkən seçki keçirmək niyyətində olmadığını deyib. O, hökumətin əsas diqqətinin həyat xərclərinin azaldılması və biznes üçün şəraitin yaxşılaşdırılmasına yönəldiyini vurğulayıb.

“Bütün bu fərziyyələri qəti şəkildə rədd edirəm. Yaxın vaxtlarda seçki olmayacaq. Mən baş nazir kimi üzərimə düşən işə fokuslanmışam”, - deyə Börnhem bildirib.

Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendum məsələsinə toxunan Baş nazir belə bir səsvermənin hazırda gündəmdə olmadığını deyib. Börnhem Şotlandiyada yeni referendum üçün aydın ictimai konsensusun olmadığını bildirib.

O, Leyborist Partiyasının illik konfransında hökumətin qarşıdakı dövr üçün prioritetləri barədə də danışacağını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ