Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir


İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir.

Bu fikirləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

“Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır”, - dövlət başçısı əlavə edib.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

Prezident bildirib k, i"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik. Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələr ixrac etdiyini söyləyən dövlət başçısı bildirib: “Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik. Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.


MANŞET XƏBƏRLƏRİ