VSJ: Tramp İranın 7 günlük atəşkəs təklifini rədd etdi


ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs təklifini rədd etdiyi və noyabrda keçiriləcək ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa etməyi gözlədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp köməkçilərinə seçkilərdən sonra İrana qarşı bombardmanların yenidən başlaya biləcəyini deyib. İranın təklifinə əsasən, ABŞ-ın limanlara tətbiq etdiyi blokada dayandırılmalı, bunun qarşılığında Hörmüz boğazı açılmalı və nüvə danışıqları bərpa edilməli idi.

WSJ-nin yazdığına görə, Tramp Tehranın ABŞ-ın tələblərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır. Bununla yanaşı, prezidentin genişmiqyaslı hərbi əməliyyatları bərpa etməkdə tərəddüd etdiyi və ABŞ-ın məhdudlaşan sursat ehtiyatlarını digər mümkün ssenarilər üçün qorumaq istədiyi bildirilir.

Qeyd olunur ki, Trampın mövqeyi qarşıdakı həftələrdə dəyişə bilər. Məlumat ABŞ rəsmilərinin açıqlamalarına əsaslanır və Reuters xəbəri müstəqil şəkildə təsdiqləmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ