Çin Prezidenti Si Cinpin Hindistanda keçirilən BRICS sammiti çərçivəsində təşkil olunan qala şam yeməyində gözlənilmədən iştirak etməyib.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Si Cinpin özünü yaxşı hiss etmədiyi üçün tədbirə qatılmayıb.
Çin liderinin şam yeməyini son anda buraxması onun səhhəti ilə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olub. ABŞ mediasında Si Cinpinin özünü pis hiss etdiyi üçün tədbirdə iştirak etmədiyi bildirilsə də, sosial mediada onun insult keçirdiyinə dair iddialar da yayılıb. Bu iddialar sonradan “saxta” adlandırılıb.
Çinin xarici işlər naziri Vanq Yi şam yeməyində Si Cinpini əvəz edib. O, tədbir çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti Luis İnasio Lula da Silva da daxil olmaqla bir sıra liderlərlə görüşüb.
Aytən Yaşar/ Turkustan.az