ABŞ Prezidenti Donald Trampın sentyabrın 22-də ildə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı etdiyi jest sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Turkustan.az telegraf.com.ua-ya istinadən xəbər verir ki, Tramp əl sıxdıqdan sonra bir anlıq iki barmağını aşağı istiqamətə yönəldib, daha sonra əlini ayağının üzərinə qoyub.
Sosial şəbəkə istifadəçiləri bu hərəkəti müxtəlif cür yozublar. Bəzi istifadəçilər Trampın guya masonlara işarə verdiyini iddia ediblər.
Mühafizəyə siqnal
Versiyalardan birinə görə, Tramp mühafizəsinə və ya görüşün təşkilatçılarına nəzərə çarpmayan siqnal verə bilərdi. Bu hərəkət görüşün başa çatdığını və jurnalistlərin ərazini tərk etməli olduğunu bildirmiş ola bilər.
Qələbə və ya sülh işarəsi
Başqa bir versiya şəhadət və orta barmaqlarla göstərilən "V" işarəsi ilə bağlıdır. "History" nəşrinin yazdığına görə, bu jest İkinci Dünya müharibəsi zamanı qələbə simvolu kimi populyarlaşıb. Daha sonra, 1960-cı illərdə ABŞ-də müharibə əleyhinə hərəkat iştirakçıları tərəfindən sülh simvolu kimi istifadə olunub.
Bununla belə, ənənəvi "V" işarəsində barmaqlar yuxarı istiqamətləndirilir, Tramp isə onları aşağı yönəldib.
Bayker mədəniyyətində jest
Başqa bir yozuma görə, aşağı istiqamətləndirilmiş iki barmaq bayker mədəniyyətində salamlaşma jesti kimi istifadə olunur. Bu jest motosikletçilərin bir-birinə təhlükəsiz yol arzulamasını ifadə edir. Onun mənası "two wheels down", yəni "iki təkər aşağıda" ifadəsi ilə əlaqələndirilir.
Baykerlər arasında bu hərəkət, həmçinin qısa qeyri-verbal salamlaşma və qarşılıqlı hörmət ifadəsi kimi qəbul olunur.
Bəlkə də, sadəcə təsadüfi hərəkətdir?
Ən sadə izahı da istisna etmək olmaz: barmaqların hərəkəti təsadüfi ola bilər. Məsələn, əl sıxmasından sonra əlin vəziyyətinin dəyişməsi və ya əl əzələlərinin qısa müddətli yığılması buna səbəb ola bilər./oxu.az