Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın daxili işlərinə xarici qüvvələrin müdaxilə etməsinin yolverilməz olduğunu və bütün məsələlərin xalqın özü tərəfindən həll edilməli olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Türkiyə lideri etnik və məzhəblərarası ziddiyyətlərin qızışdırılmasının İslam Respublikasını və bütün regionu uzunsürən qeyri-sabitlik dövrünə sürəkləyəcəyini vurğulayıb.
"İran xalqı xarici müdaxilə olmadan öz daxili işlərini müstəqil şəkildə həll etməlidir. Etnik və konfessional ziddiyyətlərin alovlandırılması İranı və bütün regionu uzunsürən xaos və qeyri-sabitlik dövrünə sürəkləyəcək. Buna qətiyyən yol vermək olmaz", - deyə Ərdoğan ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində bildirib.
Türkiyə dövlət başçısı, həmçinin ölkəsinin ayrı-ayrı kürd hərəkatlarının, xüsusən də İrandakı Kürdüstan Azadlıq Partiyasının yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etmək cəhdlərini diqqətlə izlədiyini qeyd edib:
"Biz hesab edirik ki, regionumuzdakı heç bir icma başqa ölkələrin vəkalət müharibələrində alətə çevrilməməlidir"./Musavat.com