Emin Ağalarov: Azərbaycan Las-Veqas, Dubay və Mayaminin xüsusiyyətlərini birləşdirən turizm məkanına çevrilə bilər


Azərbaycanın daşınmaz əmlak layihələrinin inkişafı və turizm-əyləncə sahəsində böyük potensialı var.

APA xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında iş adamı Emin Ağalarov bildirib.

“Düşünürəm ki, daşınmaz əmlak layihələrinin inkişafı sahəsinin böyük potensialı var. Azərbaycan Las-Veqas, Dubay və Mayaminin xüsusiyyətlərini özündə birləşdirən əsl kurort və əyləncə məkanına çevrilə bilər”, – Emin Ağalarov qeyd edib.


MANŞET XƏBƏRLƏRİ