“Şəki yaylası”nda faciə belə baş verib – VİDEO/Həssas görüntülər


“Şəki yaylası”nda baş vermiş faciə ilə bağlı yeni detallar məlum olub.

Turkustan.az xəbər verir ki, hadisə şahidlərindən birinin sözlərinə görə, kanatla hərəkət zamanı tros qırılıb. Nəticədə vətəndaşlardan biri yerə düşərək həyatını itirib.

Digər şəxsin isə qırılan trosun zərbəsi nəticəsində öldüyü bildirilir.

Həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu qeyd edilir.

xxx

Sentyabrın 8-də, saat 14:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, "Şəki Yaylası" istirahət mərkəzindən çağırış qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


MANŞET XƏBƏRLƏRİ