Ərdoğanın müavini Naxçıvana gəlir


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana səfərə gəlir.

Turkustan.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- sədr müavini qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ