Sağlam və güclü ürək üçün müəyyən qidaların gündəlik rasiona daxil edilməsi vacibdir. Belə qidalar ürək-damar sistemini dəstəkləyir, pis xolesterolu azaldır və ümumi sağlamlığı yaxşılaşdırır.
Turkustan.az bildirir ki, omega-3 yağ turşuları, lif, antioksidantlar və sağlam yağlarla zəngin qidalar ürək üçün xüsusilə faydalıdır. Bu xüsusiyyətlərə malik qidalar aşağıdakılardır:
Yağlı balıqlar – somon, sardalya və skumbriya kimi balıqlar omega-3 ilə zəngindir və ürək sağlamlığını dəstəkləyir.
Çərəzlər – qoz, badam və fındıq ürəyin funksiyasını qorumağa kömək edir.
Paxlalılar və tam taxıllar – liflə zəngin olduqları üçün xolesterol səviyyəsinin normallaşmasına təsir edə bilər.
Yaşıl yarpaqlı tərəvəzlər və rəngli meyvələr – antioksidantlarla zəngin olub damar sağlamlığına müsbət təsir göstərir.
Zeytun yağı və avokado – yaxşı yağ mənbəyi kimi ürək üçün faydalıdır.
Şokolad və sarımsaq – antioksidant təsirləri ilə ürək-damar sistemini dəstəkləyə bilər.
Mütəxəssislər həmçinin stressli və oturaq həyat tərzi ilə yanaşı yüksək şəkərli, işlənmiş və “fast food” qidalardan uzaq durmağın vacibliyini qeyd edirlər. Düzgün qidalanma və balanslı pəhrizlə ürək sağlamlığını qorumaq mümkündür. /pravda.az/