Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarından etibarən həyata keçirdiyi hava hücumları nəticəsində 3 mülki şəxs həlak olub, 33 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesabında Rusiya ordusunun səhər saatlarında şəhərə hava zərbələri endirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ukrayna Dövlət Təcili Yardım Xidməti (DSNS) isə yazılı açıqlamasında Kiyevin ötən gecə də Rusiya ordusunun hücumuna məruz qaldığını bildirib.
Bildirilib ki, Desniya rayonunda çoxmənzilli binaya zərbə endirilib. Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 22 nəfər yaralanıb.
Ukrayna tərəfi həmçinin Rusiyanın Çerniqov vilayətində yerləşən Priluki şəhərini də hədəf aldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az