İsrail işğal olunmuş Şərqi Qüdsdəki Britaniya Baş Konsulluğunun hazırkı formatda fəaliyyətini dayandırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar danışıqların ardından Böyük Britaniya ilə razılıq əldə edildiyini bildirib.
Saarın sözlərinə görə, Baş Konsul da daxil olmaqla 20 britaniyalı diplomat İsraili tərk edəcək. Bununla yanaşı, yeddi diplomatdan ibarət heyətə Britaniyaya məxsus binada məhdud şəkildə fəaliyyət göstərməyə icazə veriləcək.
Bildirilib ki, səhər saatlarında konsulluq binasının üzərindəki “Britaniya Baş Konsulluğu” lövhəsi götürülüb.
Aytən Yaşar/ Turkustan.az