2025-ci ildə Azərbaycanda 59 834 nəfər dünyasını dəyişib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.
Məlumata görə, 2024-cü ildə ölkədə ölüm hallarının sayı 58 909 nəfər olub.
Beləliklə, bir il ərzində ölənlərin sayı 925 nəfər artıb.
2025-ci ildə ölüm hallarının əsas səbəbləri arasında:
Qan dövranı sistemi xəstəlikləri – 33 555 nəfər;
Yenitörəmələr (xərçəng xəstəlikləri) – 10 102 nəfər;
Xarici səbəblərin təsiri – 2 594 nəfər;
Tənəffüs orqanlarının xəstəlikləri – 1 519 nəfər;
Həzm orqanlarının xəstəlikləri – 2 036 nəfər;
Sidik-cinsiyyət sistemi xəstəlikləri – 1 137 nəfər təşkil edib.
Ümumilikdə, 2025-ci ildə ölüm hallarının sayı 2010-cu illə müqayisədə də artıb.
Belə ki, 2010-cu ildə ölkədə 53 580 nəfərin öldüyü qeydə alınıb.