Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın baş nazirinin müavini və xarici işlər naziri Anita Orban ilə birgə mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Fidan Məkkə Alyansının müdafiə xarakterli müqavilə olduğunu vurğulayıb və Türkiyənin hücum məqsədilə başqa bir ölkənin ərazisinə qoşun göndərməyəcəyini bildirib.
Nazir Avropanın təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi və imkanlarından ayrı nəzərdən keçirilə bilməyəcəyini qeyd edib.
“Türkiyə hücum etmək üçün başqa bir ölkənin ərazisinə qoşun göndərməyəcək”, – Fidan deyib.
O, təhlükəsizlik siyasəti ilə bağlı davamlı yanaşmalar qəbul edilməzdən əvvəl müzakirələrin keyfiyyətli şəkildə aparılmasının vacibliyini vurğulayıb:
“Əks halda, çox gec ola bilər”.
Fidan Rusiya-Ukrayna müharibəsinin regional və qlobal sabitliyə əsas təhdidlərdən biri olaraq qaldığını bildirib.
“Ukrayna müharibəsinin başlanğıcından etibarən onun Qara dənizə yayılmasının qarşısını almaq üçün çox çalışmışıq. Montrö Boğazlar Konvensiyasının və Qara Dəniz Taxıl Təşəbbüsünün dəqiq şəkildə həyata keçirilməsi bu yanaşmanın konkret nümunələridir”, – nazir qeyd edib.
Aytən Yaşar/ Turkustan.az