Atambayevin oğlu 4 il müddətinə həbs edildi


Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev hakimiyyəti ələ keçirməyə hazırlıq işi üzrə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bişkekin Pervomayski Rayon Məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.

Məhkəmə həmçinin 33 yaşlı Kadırbekin əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

Açılmış cinayət işinin iştirakçıları arasında Sosial-Demokratlar partiyasının liderlərindən biri olan Temirlan Sultanbekov, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Damir Musakeev və Sultanbekovun sürücüsü Ermek Ermatov da var.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər parlament seçkilərindən sonra kütləvi narazılıq görüntüsü altında silsilə mitinqlər təşkil etməyi planlaşdırıblar.

Xatırladaq ki, qeyd olunan şəxslər 2025-ci ilin noyabr ayında saxlanılıblar. /“Qafqazinfo”


MANŞET XƏBƏRLƏRİ