Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin danışıqlar qrupu Avropadakı görüşlərdən sonra oktyabrın 9-10-da ABŞ-da fəaliyyət göstərəcək.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Priluki şəhərində keçirilən brifinqdə danışıb.
“Vacib məqamlar var. Komandamız bu gün, sabah və ya ondan sonrakı gün Avropada olacaq, daha sonra isə ABŞ-a gedəcək. Ümid edirəm ki, bütün müvafiq siqnallar çatdırılacaq”, – Zelenski bildirib.
Ukrayna Prezidenti tərəfdaşların, xüsusilə Priluki və Kramatorskdakı son hücumlardan sonra Rusiyaya qarşı sanksiya təzyiqini artıracağını gözlədiyini deyib.
Zelenski həmçinin Ukraynaya əlavə müdafiə vasitələrinin, xüsusilə hava hücumundan müdafiə sistemlərinin, eləcə də maliyyə dəstəyinin göstəriləcəyinə ümid etdiyini bildirib. Ukrinform da son günlər Zelenskinin Rusiyaya təzyiqin artırılması və Ukraynaya əlavə müdafiə paketlərinin verilməsi çağırışlarını yayıb.
Aytən Yaşar/ Turkustan.az