Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"


ABŞ-ın dövlət katibi Marko Rubio Yunanıstanın "Kathimerini" qəzetinə müsahibəsində bəyan edib ki, Egey dənizi ətrafındakı fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Yunanıstan arasında hərbi münaqişənin baş verməsi qeyri-mümkündür və ABŞ buna əsla yol verməyəcək.

Turkustan.az xəbər verir ki, barədə xarici KİV yazıb.

Rubiodan Yunanıstan və Türkiyə arasında Egey dənizində və ya Kiprdə münasibətlərin kəskinləşəcəyi təqdirdə ABŞ-ın müdaxilə edib-etməyəcəyi soruşulub.

Dövlət katibi belə bir ssenarinin baş verə biləcəyini "ağılsızlıq" və qeyri-mümkün hesab etdiyini vurğulayıb:

"Bunlar hər ikisi NATO müttəfiqi və tərəfdaşdır, ona görə də bu, sadəcə baş verə bilməz".


O qeyd edib ki, hərbi gərginlik nə Türkiyəyə, nə Yunanıstana, nə də Birləşmiş Ştatlara fayda gətirər. Buna görə də Vaşinqton bu cür halların qarşısını almaqda qətiyyətlidir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ