Almaniyada “casusluq” ittihamı ilə həbs edilən Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqin ABŞ-da fəaliyyət göstərən və İsraillə əlaqələri ilə tanınan UANI təşkilatının məsləhət şurasının üzvü olduğu ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, Hanninqin həbsi ilə bağlı araşdırmalar davam etdikcə, onun əlaqələri barədə yeni məlumatlar üzə çıxır.
Məlumata görə, Hanninq ABŞ-da fəaliyyət göstərən “United Against Nuclear Iran” (UANI) təşkilatının məsləhət şurasında yer alıb. Təşkilatın rəsmi saytında onun bioqrafiyasında Hanninqin “UANI-nin Avropa üzrə baş məsləhətçisi” olduğu qeyd edilir.
UANI yarandığı gündən İsraillə yaxın əlaqələri ilə tanınır. Bəzi analitiklər, o cümlədən jurnalist Trita Parsi təşkilatı “İsrailin Vaşinqtondakı kölgə kəşfiyyat qolu” kimi xarakterizə edib.
Aytən Yaşar/ Turkustan.az