Aİ Livan ordusuna təlim verəcək: Yeni missiya yaradılır


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Livan ordusuna təlim və məsləhət dəstəyi göstərmək üçün Aİ-nin dəstəklədiyi yeni missiyanın planlaşdırılmasının başa çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, Kallas üzv ölkələrin xarici işlər nazirlərinin missiyanı oktyabrın 12-də rəsmi olaraq təsis etməsini gözlədiyini deyib.

Livanın xarici işlər naziri Yusif Raci ilə Beyrutda keçirilən birgə mətbuat konfransında çıxış edən Kallas Aİ-nin Livana maliyyə və təhlükəsizlik dəstəyi, ölkədəki islahat prosesi və regional vəziyyətlə bağlı açıqlamalar verib.

Kallas bildirib ki, Aİ və Livan Aralıq dənizindəki tarixi əlaqələrə görə təbii tərəfdaşlardır. O, sabit, çiçəklənən və suveren Livanın Aİ-nin açıq maraqlarına uyğun olduğunu vurğulayıb.

Aİ-nin bu yanaşmanı hərtərəfli siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi ilə konkretləşdirdiyini qeyd edən Kallas sentyabr ayında 2027-ci ilə qədər təmin ediləcək 505 milyon avroluq maliyyə yardımının elan edildiyini xatırladıb.

Onun sözlərinə görə, bu vəsait 2024-cü ildə elan edilmiş 1 milyard avroluq yardım paketini tamamlayır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ