İtaliyada bir müddətdir gündəmdə olan mübahisəli seçki qanunu islahatının parlamentdə təsdiqlənməsi prosesi başa çatıb.
Turkustan.az xəbər verir ki, iyul ayında Nümayəndələr Palatasında müzakirə edilərək qəbul edilən, ötən ay isə parlamentin yuxarı palatası olan Senatda bəzi dəyişikliklərlə təsdiqlənən qanun layihəsi bu gün Nümayəndələr Palatasında yenidən səsə qoyulub.
400 yerlik Nümayəndələr Palatasında keçirilən gizli səsvermədə qanun layihəsinin lehinə 227, əleyhinə isə 164 deputat səs verib. Bununla da yeni seçki qanunu qəbul edilərək qüvvəyə minib.
Səsvermə zamanı müxalifətdəki solçu partiyaların deputatları üzərində “Saxtakarlıq qanununa yox” və “Saxtakarlıq qanunu” yazılan plakatlar qaldıraraq islahata etiraz ediblər.
Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi hökuməti təşkil edən sağçı partiyalar yeni seçki qanununun ölkədə siyasi sabitliyi gücləndirəcəyini bildirirlər.
Müxalifət isə qanuna sərt reaksiya verib. Onlar islahatı seçki sistemində köklü dəyişiklik kimi qiymətləndirərək, hakim ittifaqın qanunu gələn il keçiriləcək ümumi seçkilərdə məğlubiyyət riskini azaltmaq məqsədilə irəli sürdüyünü iddia ediblər.
Aytən Yaşar/ Turkustan.az