Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olması ilə bağlı araşdırma davam edir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də keçirdiyi brifinqdə bildirib.
Baş nazir Nəsimi Musayevin ömürlük Ermənistanda qalacağını da iddia edə bilməyəcəyini deyib.
Paşinyan qeyd edib ki, hazırda istintaq aparılır və məhkəmə keçirilməlidir. Son qərarı isə məhkəmə verəcək.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayevin naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib.
Ermənistantərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib./modern.az